BİRJA

13 İyun

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyunun 14-də və 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

 

       ISIN

 

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

 

Miqdar

Notun ödəniş tarixi

28

AZ2101024704

14.06.2023

15.000.000

10.000

1.500

12.07.2023

84

AZ2102024703

14.06.2023

30.000.000

10.000

3.000

06.09.2023

167

AZ2103024702

  16.06.2023

35.000.000

10.000

3.500

30.11.2023

251

AZ2104024701

16.06.2023

40.000.000

10.000

4.000

22.02.2024

Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:

a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);

b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;

c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər;

Hərrac zamanı bir iştirakçı tərəfindən təqdim edilə biləcək rəqabətli sifarişin həcminə

məhdudiyyət tətbiq olunmur.

 Hərrac zamanı sifarişlərin növünə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:

-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər.

-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunmuşdur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.