BİRJA

13 İyun

Qızılın qiyməti 1 975 dollara yaxınlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (avqust müqavilələri üzrə) 0,25% artaraq, 1 974,7 ABŞ dollarına bərabər olub.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,67% artaraq, 24,22 dollar təşkil edib.