BİRJA

12 İyun

Avropada qaz qiymətləri 7 faizdən çox ucuzlaşıb

Bu gün Avropada qazın birja qiymətləri hərracda 7 faizdən çox ucuzlaşıb.

Fins.az-ın məlumatına görə, bunu London ICE birjasının məlumatları göstərir.

TTF indeksi (Niderlandda yerləşən Avropanın ən böyük mərkəzi) üzrə iyul (ən yaxın) fyuçersləri ticarəti min kubmetr üçün 366,3 ABŞ dolları (+2,3%) səviyyəsində açıb. Daha sonra o, 331,5 dollara (-7,4%) düşüb.

Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə - 357,9 dollar/min kubmetrə əsaslanır.