BİRJA

08 İyun

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 8-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2099024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,556.2706 (9.95%) manat və 9,622.7871 (8.4%) manat olan 13 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82,260,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,605.9634 (8.79%) manat, orta ölçülmüş qiyməti isə 9,607.4898 (8.75%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 23.11.2023-cü ildir.