BİRJA

08 İyun

Dünya bazarlarının əsas indeks göstəriciləri

İyunun 7-də Amerika fond bazarında Dow Jones indeksi 0.27% – 33,665.02 bəndədək artıb, SP 500 indeksi 0.38% – 4,267.52 bəndədək, Nasdaq indeksi isə 1.29% – 13,104.89 bəndədək azalıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 7-də Almaniyanın DAX indeksi 0.20% – 15,960.56 bəndədək, FTSE 100 indeksi 0.05% – 7,624.34 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.09% - 7,202.79 bəndədək azalıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.16% dəyər qazanaraq 1.0716 dollara bərabər olub.