BİRJA

06 İyun

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 6-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030051 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 90.2199 (10.9 %) manat və  94.8138 (5.5 %) manat olan 38 sifariş təqdim edilib.
 
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9369 (6.49 %) manat, orta ölçülmüş qiyməti isə 94.1762 (6.218%) manat olaraq müəyyən edilib.
 
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 164,173,900 manat, yerləşdirilmiş həcmi isə 60,000,000 manat təşkil edilib.
 
İstiqrazların ödəmə tarixi 04.06.2024-cü ildir.
Hərrac iştirakçıları 7 iyun 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.