İyunun 1-də Amerika fond bazarında Dow Jones indeksi 0.47% – 33,061.57 bəndədək, SP 500 indeksi 0.99% – 4,221.02 bəndədək, Nasdaq indeksi isə 1.28% – 13,100.98 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 1-də Almaniyanın DAX indeksi 1.21% – 15,853.66 bəndədək, FTSE 100 indeksi 0.59% – 7,490.27 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.55% - 7,137.43 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.07% dəyər qazanaraq 1.0677 dollara bərabər olub.