BİRJA

01 İyun

Azərbaycan Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2095024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,558.4021 (9.9%) manat və 9,607.6864 (8.75%) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,160,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,559.2547 (9.88%) manat, orta ölçülmüş qiyməti isə 9,583.4081 (9.32%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 16.11.2023-cü ildir.