Mayın 31-da Amerika fond bazarında Dow Jones indeksi 0.41% – 32,908.27 bəndədək, SP 500 indeksi 0.61% – 4,179.83 bəndədək, Nasdaq indeksi isə 0.63% – 12,935.29 bəndədək azalıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 31-də Almaniyanın DAX indeksi 1.54% – 15,664.02 bəndədək, FTSE 100 indeksi 1.01% – 7,446.14 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.54% - 7,098.70 bəndədək azalıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.11% dəyər itirərək 1.0677 dollara bərabər olub.