BİRJA

01 İyun

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.22 ABŞ dolları və ya 1.6 % azalaraq, 75.05 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.