BİRJA

30 May

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 30-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 50 mln. manat həcmində, 1092 gün (1057 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə ,hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 83.3171 (14.3181%) manat və 98.1933 (7.9452%) manat olan 41 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.7232 (9.3189%) manat, orta ölçülmüş qiyməti 96.9226 (8.4411%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 82,994,400 manat, yerləşdirilmiş həcmi isə 45,263,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.

Hərrac iştirakçıları 31 may 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.