BİRJA

18 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 18-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2087024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 9,584.5000 (9.29%) manat və 9,796.8000 (4.44%) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,290,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,596.9293 (9%) manat, orta ölçülmüş qiyməti isə 9,621.4684 (8.43%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 02.11.2023-cü ildir.