Mayın 17-də Bakı Fond Birjasında “Partner Finance” QSC-nin tədavül müddəti 3 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2005021962 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10%, faiz ödəniş dövrü isə ildə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə) təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17.05.2026-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.