Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2086024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 9,810.0128 (8.3%) manat və 9,825.7566 (7.6%) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39,810,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,812.9328 (8.17%) manat, orta ölçülmüş qiyməti isə 9,820.0045 (7.86%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 09.08.2023-cü ildir.