Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2085024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,938.1625 (8%) manat və 9,944.3119 (7.2%) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,540,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,939.1613 (7.87%) manat, orta ölçülmüş qiyməti isə 9,941.6468 (7.55%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 14.06.2023-cü ildir.