BİRJA

15 May

BOKT “INTERNATIONAL” ASC-nin səhmləri listinqə alınıb

Mayın 12-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “INTERNATIONAL” ASC-nin ümumi dəyəri 3,000,000 (üç milyon) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

 Qiymətli kağızların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir: