Mayın 11-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2084024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9378.3117 (9.47%) manat və 9423.4720 (8.74%) manat olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,050,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9383.3000 (9.39%) manat, orta ölçülmüş qiyməti isə 9404.3579 (9.05%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 18.01.2024-cü ildir.