BİRJA

05 May

BFB: Fevral ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi nə qədər təşkil edib? - CƏDVƏL

Bakı Fond Birjasında 2023-cü ilin aprel ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4,685,778,754 manat təşkil edib.

BFB-dan Fins.az-a verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 25%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 2% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 14 dəfə artım qeydə alınıb.

2023-cü ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,377,453,512 manat təşkil edib.