BİRJA

05 May

Qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,07% azalaraq, 2 054,3 ABŞ dollarına bərabər olub.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,2% artaraq, 26,28 dollar təşkil edib.