BİRJA

04 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2080024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,385.7056 (9.35%) manat və 9,439.0380 (8.49%) manat olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,070,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,407.3377 (9.00%) manat, orta ölçülmüş qiyməti isə 9,413.6817 (8.90%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 11.01.2024-cü ildir.