BİRJA

03 May

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - CƏDVƏL

Mayın 3-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi dəyəri 400,000 (dört yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, mayın 5-də Bakı Fond Birjasında “GL” ASC-nin ümumi dəyəri 400,000 (dört yüz min) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.