Mayın 3-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2078024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 17 investor tərəfindən qiymət intervalı 9816.7539 (8%) manat və 9841.8000 (6.89%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,160,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9822.3788 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 9827.6374 (7.52%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 26.07.2023-cü ildir.