Mayın 2-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040117 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 86.4511 (14 %) manat və 98.5300 (6.7985%) manat olan 37 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.0365 (7.07 %) manat, orta ölçülmüş qiyməti isə 98.2028 (6.9783%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 131,135,400 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilib.
Hərrac iştirakçıları 3 may 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 29 aprel 2025-ci ildir.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.