BİRJA

28 Aprel

Qızılın qiyməti 2 000 dollardan aşağı enib

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,17% azalaraq, 1 995,6 ABŞ dollarına bərabər olub.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (iyul müqavilələri üzrə) isə 0,02% artaraq, 25,22 dollar təşkil edib.