Aprelin 27-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2076024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9395.6000 (9.19%) manat və 9447.7774 (8.35%) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,650,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9408.5770 (8.98%) manat, orta ölçülmüş qiyməti isə 9421.8885 (8.77%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 04.01.2024-cü ildir.