BİRJA

27 Aprel

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Aprelin 27-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2075024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9,597.4000 (8.99%) manat və 9,657.4813 (7.6%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,410,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,624.0835 (8.37%) manat, orta ölçülmüş qiyməti isə 9,637.2669 (8.07%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 12.10.2023-cü ildir.