BİRJA

27 Aprel

Avropada qazın qiyməti 442 dollara enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 450 ABŞ dollarından aşağı enib.

Fins.az xəbər verir ki, 26 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 442,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (453,9 dollar) ilə müqayisədə 2,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.