Aprelin 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2074024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9812.4900 (8.19%) manat və 9846.7518 (6.67%) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38,780,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9822.1535 (7.76%) manat, orta ölçülmüş qiyməti isə 9833.2237 (7.27%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 19.07.2023-cü ildir.