BİRJA

27 Aprel

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Aprelin 26-da Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2072008686 ISIN-li, 70,000,000 manat həcmində, tədavül müddətli 7200 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,000,000 manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70,000,000 manat təşkil edib.

İstiqrazların  ödəmə tarixi 19 dekabr 2042-ci ildir.