Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,69% artaraq, 2 009,8 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 1,09% artaraq, 25,35 dollar təşkil edib.