BİRJA

20 Aprel

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərracın məbləği AÇIQLANDI - QRAFİK

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2072024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 9376.4651 (9.5%) manat və 9482.2682 (7.8%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,210,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9407.3377 (9%) manat, orta ölçülmüş qiyməti isə 9439.4163 (8.48%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 28.12.2023-cü ildir.

Fuad Mədətov
Fins.az