Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2071024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 9618.4675 (8.5%) manat və 9684.1045 (6.99%) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,810,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9623.2189 (8.39%) manat, orta ölçülmüş qiyməti isə 9648.7258 (7.8%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 05.10.2023-cü ildir.
Fuad Mədətov
Fins.az