BİRJA

19 Aprel

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2069024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9945.8504 (7%) manat və 9969.0627 (3.99%) manat olan 16 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 34,840,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9945.8504 (7%) manat, orta ölçülmüş qiyməti isə 9951.7096 (6.24%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 17.05.2023-cü ildir.