Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən Fins.az-a verilən məlumata görə, aprelin 19-da və 20-də keçiriləcək hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
ISIN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2069024704 |
19.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
17.05.2023 |
84 |
AZ2070024701 |
19.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
12.07.2023 |
168 |
AZ2071024700 |
20.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
05.10.2023 |
252 |
AZ2072024709 |
20.04.2023 |
30.000.000 |
10.000 |
3.000 |
28.12.2023 |
Hərracda banklarla yanaşı aşağıdakı meyarlara cavab verən hüquqi şəxslər iştirak edə bilər:
a. Təşkilati-hüquqi forması: kommersiya hüquqi şəxsləri (ASC, QSC, MMC, kooperativlər və s.);
b. Mülkiyyət mənsubiyyəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın (Meyarlar) 2.2-ci bəndinə uyğun olaraq qeyri-dövlət sektoruna aid olan hüquqi şəxslər;
c. Əsas iqtisadi fəaliyyət sahəsi: “Maliyyə və sığorta fəaliyyəti” göstərməyən, həmçinin Meyarların 2.1-ci bəndinə uyğun olaraq neft-qaz sektoruna aid edilməyən hüquqi şəxslər
Hərrac zamanı sifarişlərin növünə və həcminə aşağıdakı məhdudiyyətlər tətbiq olunacaqdır:
-Banklar tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər. Verilən sifarişin məbləği hərraca çıxarılmış həcmin 10%-dən çox olmamalıdır.
-Banklar istisna olmaqla, digər iştirakçılar tərəfindən 1 rəqabətli və 1 qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Rəqabətli sifarişin məbləği hərraca çıxarılmış həcmin 8%-dən çox olmamalıdır.
Banklar istisna olmaqla, digər iştirakçı tərəfindən verilən qeyri-rəqabətli sifarişin məbləği onun rəqabətli sifarişinin məbləğinin 20%-dən artıq olmamalıdır. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin ümümi məbləği hərraca çıxarılmış həcmin 20%-i səviyyəsində limit müəyyən olunub.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Fuad Mədətov
Fins.az