Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0.07% artaraq, 2,017.30 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0.20% azalaraq, 25.41 dollar təşkil edib.