Aprelin 12-də Amerika fond bazarında Dow Jones indeksi 0.11% – 33,646.50 bəndədək, SP 500 indeksi 0.41% – 4,091.95 bəndədək, Nasdaq indeksi isə 0.85% – 11,929.34 bəndədək azalıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 12-də Almaniyanın DAX indeksi 0.31% – 15,703.60 bəndədək, FTSE 100 indeksi 0.50% – 7,824.84 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.09% -7,396.94 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.04% dəyər itirərək 1.0988 dollara bərabər olub.