BİRJA

13 Aprel

Neftin qiyməti cüzi azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,37% azalaraq, 1 barelə görə 87,01 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,31% azalarq, 83 dollara bərabər olub.