Bakı Fond Birjasında 2023-cü ilin mart ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 3,292,562,942 manat təşkil edib.
Fins.az-a BFB-dən verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları təkrar bazarı üzrə ticarət həcmində 64%, korporativ qiymətli kağızların üzrə isə 30% böyümə qeydə alınıb.
Həmçinin, ötən il ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 70% azalma qeydə alınıb.
2023-cü ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,093,156,227 manat təşkil edib.