BİRJA

14 Mart

Kriptovalyutalar sürətlə bərpa olundu

Kriptovalyutada böhran tərsinə çevrildi.

Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.

Bitkoin son 3 gündə 25%-dən çox bahalaşaraq ən yüksək həddə çatıb. Kriptovalyuta 24,385 dollara satılır.

Qeyd edək ki, son dörd həftə ərzində Bitcoin 1,34 %, Ethereum isə 1,25 % dəyər qazanıb.

Artım tendensiyası FED, ABŞ Xəzinədarlığı və Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) bağlanan texnoloji bankların bütün əmanətçilərindən vəsaitləri geri ala biləcəyinə dair birgə bəyanatından sonra baş verib.