Martın 14-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
BFB-dən Fins.Az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0201040067 |
Emissiya həcmi |
40 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
1092 gün |
Faiz ödənişləri (olduqda) |
12 sentyabr 2023-cü il, 12 mart 2024-cü il 10 sentyabr 2024-cü il, 11 mart 2025-ci il 9 sentyabr 2025-ci il, 10 mart 2026-cı il |
Faiz gəliri |
7% |
Ödəmə tarixi |
10.03.2026 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.