BİRJA

10 Fevral

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti enib

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,42% azalaraq, 1 870,7 ABŞ dollarına bərabər olub.

Fins.Az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (mart müqavilələri üzrə) isə 0,76% azalaraq, 21,98 dollar təşkil edib.