BİRJA

08 Fevral

FED rəhbərinin açıqlamaları qızılın cüzi bahalaşmasına səbəb olub

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin çıxışından sonra dünya bazarında qızılın qiyməti cüzi artıb.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,23 % və ya 4,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1889,05 ABŞ  dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,71 % artaraq 1 unsiyası 22,335 ABŞ dolları təşkil edib.

Treyderlər ABŞ Mərkəzi Bankının rəhbərinin açıqlamalarını qiymətləndiriblər. FED rəhbəri çıxışı zamanı inflyasiya və faiz dərəcəsi ilə bağlı məsələlərə toxunub.

Mərkəzi Bankın rəhbəri inflyasiyanın yavaşladığını qeyd edib, lakin xəbərdarlıq edib ki, bu, yalnız ən erkən mərhələdir və proses uzun çəkə bilər. Tənzimləyici özü daxil olan məlumatları izləməyə davam edəcək və bu məlumatlar əsasında faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Digər tərəfdən, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,1 % düşərək 103,33 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Rəvanə Sərdarova

Fins.az