Fevralın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,10% – 33,891.02 bəndədək, SP 500 indeksi 0,61% – 4,111.08 bəndədək, Nasdaq indeksi isə 1,00% – 11,887.45 bəndədək azalıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında fevralın 6-da Almaniyanın DAX indeksi 0,84% – 15,345.91 bəndədək enib, FTSE 100 indeksi 0,82% –7,836.71 bəndədək, Fransanın CAC-40 indeksi isə 1,34% - 7,137.10 bəndədək enib.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0,08% dəyər qazanaraq 1,0735 dollara bərabər olub.