Bakı Fond Birjasında 2023-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmin nəticələrini açıqlayıb.
BFB-dən Fins.Az-a verilən məlumata görə, Bakı Fond Birjasında 2023-ci ilin yanvar ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 1,472,068,514 manat təşkil edib. Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızaları üzrə ticarət həcmində 8 %, repo əməliyyatları üzrə isə 69 % böyümə qeydə alınıb.
Həmçinin, ötən ilə müqayisədə dövlət qiymətli kağızlar bazarının ilkin bazarı üzrə 10 % azalma qeydə alınıb.
2023-cü ilin yanvar ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,091,686,328 manat təşkil edib.
Fins.Az BFB-nin ticarət dövriyyəsinin cədvəlini təqdim edir.
Fuad Mədətov
Fins.Az