BİRJA

03 Fevral

“Brent” neftinin qiyməti 82 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,28% azalaraq, 1 barelə görə 81,94 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,3% azalaraq, 75,65 dollara bərabər olub.