Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.Az xəbər verir ki, 26 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2068024705 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9361.1047 (9.75%) manat və 9404.2413 (9.05%) manat olan 10 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 22 060 000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9370.9356 (9.59%) manat və orta ölçülmüş qiyməti 9389.2213 (9.29%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 05.10.2023-cü ildir.