BİRJA

26 Yanvar

”Azkredit” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında ”Azkredit” BOKT ASC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1,000 manat olan AZ2002023367 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-dən Fins.Az-a verilən məlumata görə, 26 yanvar 2023-cü il tarixində keçirilən hərrac zamanı 1 investor tərəfindən 1,000 manat qiymətindən 1 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 8%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 26.01.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ investisiya şirkəti” QSC-dir.