BİRJA

26 Yanvar

"BTB Kapital"ın nizamnamə kapitalı 3 dəfəyə yaxın azaldılıb

"BTB Kapital İnvestisiya şirkəti" ASC nizamnamə kapitalını 2,9 dəfə və ya 650 min manat azaldıb.

Yeganə səhmdarı Bank "BTB"nin qərarı ilə "BTB Kapital İnvestisiya Şirkəti"nin 1000 ədəd adi, adlı, sənədsiz səhminin hər birinin nominal dəyəri 650 manat azaldılaraq, hər səhmin nominal dəyəri 350 min manata endirilib. Başqa sözlə, şirkətin nizamnamə kapitalı 1 milyon manatdan 350 min manata kimi azaldılıb.

(APA)