Nyu-York əmtəə birjasında təbii qazın qiyməti azalıb.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında təbii qaza olan qiymət 1 milyon BTU (British thermal unit – Britaniya termal vahidi) üçün 0,09 ABŞ dolları və ya 2,64 faiz azalaraq 3,17 dollar təşkil edib.