BİRJA

25 Yanvar

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.Az-a verilən məlumata görə, 25 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2066024707 dövlət qeydiyyat nömrəli 45 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9810.0128 (8.30%) manat və 9821.4783 (7.79%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56 120 000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  9814.5058 (8.10%) manat, orta ölçülmüş qiyməti isə  9817.8864 (7.95%) manat  olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 45,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 19.04.2023-cü ildir